Creation Science Information & Links!
10 Əmrlərimə

   «Həqq-Təala bütün bu sözləri belə söylədi:  “Səni Misir torpağından, köləlik diyarından çıxaran Həqq-Təala Rəbb Mənəm.  Məndən başqa allahların olmasın.  Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.  Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Həqq-Təala Rəbb, qısqanc Tanrı. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.  Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.  Həqq-Təala Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.  Şənbə gününü yadda saxlayıb təqdis et.  Altı gün çalışıb bütün işlərini gör.  Lakin yeddinci gün Tanrı Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların, yanında qalan yadellin də heç bir iş görməsin.  Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.  Ata - anana hörmət et ki, Tanrı Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.  Qətl etmə.  Zina etmə.  Oğurluq etmə.  Heç kimə qarşı yalan şahidlik etmə.  Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qaravaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”.»   Çıxış 20:1-17


The 10 Commandments · in Azerbaijani
http://www.creationism.org/azerbaijani/salv10Cmd_az.htm



Ana Səhifə:  Azeri
www.creationism.org